Omanın şimal-şərq istiqamətində hərəkət edən konteyner gəmisi naməlum istiqamətdən hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) açıqlamasında öz əksini tapıb.
“UKMTO Omanın şimal-şərqindən 25 dəniz mili uzaqlıqda baş verən hadisə ilə bağlı bildiriş alıb. Konteyner gəmisi mənşəyi bilinməyən mərmi ilə vurulub və nəticədə gəmidəki bəzi konteynerlərə ziyan dəyib”, – deyə açıqlamada qeyd olunub.

