Kiyevdə baş vermiş atışma nəticəsində ölən və yaralananların sayı artıbbackend

Kiyevdə baş vermiş atışma nəticəsində ölən və yaralananların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə baş verən atışma nəticəsində beş nəfər ölüb, 10 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

“Hazırda beş nəfərin öldüyü məlumdur. Onların yaxınlarına və doğmalarına başsağlığı verirəm. Yaralanmış 10 nəfər xəstəxanaya yerləşdirilib. Hamısına zəruri yardım göstərilir. Dörd girov xilas edilib”, – V.Zelenski bildirib.

Ukraynanın paytaxtı Kiyevdə silahlı şəxs küçədə insanlara atəş açıb və sonra supermarketdə bir neçə nəfəri girov götürüb.

Oxu.Az”Kiyev Novini” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Bəzi mənbələr dörd nəfərin öldüyünü bildirirlər. Xüsusi təyinatlıların müdaxiləsi nəticəsində silahlı şəxsi zərərsizləşdirmək mümkün olub.

Kiyev meri Vitali Kliçko xəbəri təsdiqləyib. Hadisə ilə bağlı araşdırmalar aparılır.