Keçmiş nazir uzun müddətdən sonra ÜZƏ ÇIXDI – FOTOLARbackend

Keçmiş nazir uzun müddətdən sonra ÜZƏ ÇIXDI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov uzun müddətdən sonra ictimaiyyət arasında görünüb.

 

“Yeni Sabah” xəbər verir ki, o, Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Sosial iqtisadi proseslərin qeyri-səlis modernləşdirilməsi laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyinə qatılıb.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə Ə.Abbasov da çıxış edib.

Xatırladaq ki, Əli Məhəmməd oğlu Abbasov 1953-cü il yanvarın 1-də Naxçıvanda anadan olub. 2004-2015-ci rabitə və informasiya texnologiyaları naziri olub (hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi).