“Bakı və Ankara ilə işləməyin vaxtıdır” – Ermənistan Baş nazirindən tarixi dönüşbackend

“Bakı və Ankara ilə işləməyin vaxtıdır” – Ermənistan Baş nazirindən tarixi dönüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə regionda yeni bir dövrün başladığını müjdələyən şok bəyanatlar verib.

Musavat.com xəbər verir ki, “Turkish Airlines”ın yaxın vaxtlarda Gümrü şəhərinə də uçuşlara başlaya biləcəyini açıqlayan Paşinyan, bu yaxınlaşmanın əsasının Çində Rəcəb Tayyib Ərdoğanla keçirdiyi şəxsi görüşdə qoyulduğunu bildirib.

Paşinyan bildirib ki, “Türk Hava Yolları”nın İrəvana uçuşlarının bərpası onun Ərdoğanla Çində əldə etdiyi gizli razılaşmanın nəticəsidir. İndi isə növbəti addım kimi Türkiyənin milli aviadaşıyıcısının Ermənistanın ikinci böyük şəhəri olan Gümrüyə reyslər təşkil etməsi müzakirə olunur.

Bakı və Ankara ilə birbaşa təmas: Ermənistan lideri vurğulayıb ki, artıq Türkiyə və Azərbaycanla əlaqələrin “işçi gündəliyinə” salınmasının vaxtı çoxdan çatıb. Paşinyan, regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasının hər iki tərəfin maraqlarına uyğun olduğunu və bu istiqamətdə ardıcıl addımlar atılacağını qeyd edib.

Zəngəzur dəhlizi və sülh müqaviləsi: Brifinqdə Zəngəzur dəhlizi ilə bağlı da nikbin notlar eşidilib. Paşinyan bildirib ki, tezliklə bu məsələ ilə bağlı konkret saziş imzalanacaq və 2025-ci ilin Ermənistan müstəqillik qazandıqdan bəri Azərbaycanla sərhəddə heç bir itki verilməyən ilk il olması sülhün artıq “qapıda” olduğunun göstəricisidir.