“Ermənistanın KTMT-ni tez-tez tənqid etməsinin əsas səbəblərindən biri…”- Millət vəkili ŞƏRH EDİRbackend

“Ermənistanın KTMT-ni tez-tez tənqid etməsinin əsas səbəblərindən biri…”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın  sərhədlərini müəyyənləşdirmək üçün beynəlxalq təşkilatlara müraciət etməsi ondan xəbər verir ki, o, öz sərhədini müəyyən etmək imkanına malik deyil. Ona görə də gah KTMT-yə, gah da hansısa təşkilarlara sərhədlərin qorunması ilə bağlı müraciət edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistan dərk etməlidir ki, sərhədlərin qorunması üçün ilk növbədə  tanınması lazımdır:

“Bu da Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasından asılıdır. Hazırkı məqamda aktual olan məsələ budur. Əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlayıb sərhədləri delimitasiya və demarkasiya edərsə, bundan sonra qorunması üçün hansısa beynəlxalq missiya və ya hərbi-siyasi təşkilatı dəvət etməyə ehtiyac qalmayacaq”.

Hikmət Babaoğlu rəsmi İrəvanın Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində NATO-nun hərbi birləşməsinin yerləşdirilməsi təklifinə də münasibət bildirib:

“Ermənistan bu cür addımlarla özünün terrorçu olduğunu bir daha sübut edir və regionda sülh istəmədiyini göstərir.  Hər hansı beynəlxalq missiyanı Azərbaycana gətirməklə onların arxasında gizlənib yenidən  təxribat törətmək istədiyini açıq şəkildə bildirir. Bu vaxta qədər Ermənistanın güvəndiyi KTMT onunla bağlı ermənilərin istədiyi qərarları qəbul etmədi. Çünki Ermənistan istədiyi qərarlarda haqsızdır. KTMT-yə üzv olan ölkələrin hər biri ayrılıqda Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malikdir. Ermənistan bu istəklərində haqlı olsaydı KTMT müəyyən qərarlar qəbul edər bilərdi.  Ona görə də hazırda Nikol Paşinyanın tez-tez KTMT-ni tənqid etməsi əslində bu ölkənin Rusiyaya qarşı mövqeyi kimi qəbul edilməlidir. Amma yenə də Ermənistan üçün bu məsələ müsbət heçnə vəd vermir. Ona görə də rəsmi İrəvanın özünə yeni hamilər axtarmaq cəhdləri nəticə verməyəcək. Sərhədlərin qorunması, regionda sülhün təmin olunması məqsədilə yeni reallığı qəbul edərək Azərbaycanla sülh danışıqlarını tezləşdirmək üçün əlindən gələni etməlidir”.

//Safura Bənnayeva, Editor.az