Estoniya xarici işlər nazirinin Putinə orijinal yubiley təbrikibackend

Estoniya xarici işlər nazirinin Putinə orijinal yubiley təbriki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Rusiya prezidentinin 70 illik yubileyi münasibətilə Ukraynada Rusiyanın cinayətləri üzrə xüsusi tribunalın yaradılmasına çağırıb və Putinə növbəti ad gününü dəmir barmaqlıqlar arxasında qeyd etməyi arzulayıb.

Editor.az xəbər verir ki, o, bu barədə öz “Twitter” səhifəsində yazıb. “Bu gün Putin ad gününü qeyd edir. Ümid edirəm ki, o, növbəti ad gününü insanlığa qarşı cinayətlərə görə həbsxanada geçirəcək. Rusiyanın təcavüzü zamanı törədilən cinayətlər üçün xüsusi tribunal yaratmaq lazımdır”, – Reinsalu vurğulayıb.

    //Samir,Editor.az