Fransa ölkə sərhədində antikovid məhdudiyyətlərini aradan qaldırırbackend

Fransa ölkə sərhədində antikovid məhdudiyyətlərini aradan qaldırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada avqustun 1-dən etibarən ölkə sərhədində tətbiq edilən anti-COVID tədbirləri ləğv edilir.

Bunu nəqliyyat nazirii Kleman Bon deyib.

“Bazar ertəsindən etibarən sərhəddə tətbiq olunan sanitar tədbirlər həm ölkəyə daxil olanlar, həm də ölkədən çıxanlar üçün qaldırılır”, – o, “Twitter”də yazıb.

Eyni zamanda, Bon Fransa xalqını könüllü olaraq ictimai nəqliyyatda maska ​​taxmağa davam etməyə çağırıb.

Oxu.az