Fransada illik inflyasiya 1985-ci ildən bəri ən yüksək səviyyədədirbackend

Fransada illik inflyasiya 1985-ci ildən bəri ən yüksək səviyyədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada illik inflyasiya ötən ay 6,1 faizə yüksəlib. İyun ayında isə bu rəqəm 5,8 faiz olub.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Fransa Milli Statistika İnstitutunun məlumatına görə, inflyasiyanın artmasına xidmət xərclərinin iyunda 3,3 faizdən 3,9 faizə, ərzaq xərclərinin 5,8 faizdən 6,8 faizə və emal sənayesi xərclərinin 2,5 faizdən 2,7 faizə yüksəlməsi səbəb olub. Ölkədə enerji qiymətləri bir qədər azalaraq 33,1 faizdən 28,5 faizə düşüb. Aylıq bazda istehlak qiymətləri aylıq 0,7 faiz artımdan yavaşlayaraq 0,3 faiz artıb.

//Gülnarə Abasova, Editor.az