Gəncədə azyaşlının ölümü ilə bağlı babası danışdıbackend

Gəncədə azyaşlının ölümü ilə bağlı babası danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində 5 yaşlı Hüseyn Cəfərlinin ölümü ilə bağlı yaşanan hadisəyə babası Etibar Cəfərli münasibət bildirib. Onun sözlərinə görə, nəvəsi həkim səhlənkarlığından həyatını itirib:

“Uşağa ilkin tibbi yardım göstərilməyib. Uşaq orada ağlayıb və şokolad kağızı yığışıb nəfəs borusuna. Onu anında deşməli və ya təcili olaraq başqa xəstəxanaya göndərməli idilər.Uşaq yeriyərək ora gedib. Daşkəsəndən gəlib ora. Ağır olmayıb vəziyyəti”.

2 saylı nömrəli Birləşmiş Xəstəxanadan bildirilib ki, azyaşlı xəstəxanaya gec gətirilib və səhhəti ağır olub. Məlumat üçün bildirək ki, Hüseyn Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin üç övladından biri idi.