Gəncədə zəncirvari qəza: xəsarət alan var – FOTObackend

Gəncədə zəncirvari qəza: xəsarət alan var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə Ü.Hacibəyli küçəsində qeydə alınıb. “VAZ 2107”, “VİTO” və “Nissan” markalı avtomobillərin toqquşması zamanı birinci maşının sürücüsü xəsarət alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, qəzaya səbəb ‘VAZ 21 07″ markalı avtomobilin sürücüsünün maşını yüksək surətlə idarə etməsi olub. Faktla bağlı araşdırma aparılır.

//İlham, Editor.az