Gennadi Qudkov: KTMT “ölüb”: çələnglər, güllər, matəm lentləri göndərinbackend

Gennadi Qudkov: KTMT “ölüb”: çələnglər, güllər, matəm lentləri göndərin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) heç bir perspektivi yoxdur. Editor.az xəbər verir ki, bu barədə rusiyalı siyasətçi, FSB-nin istefada olan polkovniki Gennadi Qudkov GORDON internet nəşrinin baş redaktoru ilə müsahibəsində bildirib.

Jurnalistin “Rusiya KTMT üzvü olan ölkələri Ukrayna müharibəsinə cəlb etməyə çalışacaqmı?” sualına Qudkov belə cavab verib: “Xeyr. KTMT ölüb. Ukraynadan çələnglər, güllər, matəm lentləri göndərin. Və belə demək mümkünsə, yaxşı dəfn olunsun. Əslində o, çoxdan dəfn edilməli idi. KTMT ölüb. Belarus de-fakto ilhaq edilib, Qazaxıstan “filan yerini” Rusiaya tərəf çevirib”, – Qudkov cavab verdi. Onun sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərindən sonra bu təşkilatın üzvü olan Ermənistan da “Rusiyaya qoşulmayacaq”. “Bir sözlə, KTMT ölüb. Odur ki, lentlər, çiçəklər və matəm yazıları göndərin. Məsələn, belə bir şey: “Gec də olsa ürəkdən şadam və təəssüf edirəm”, – Qudkov dedi.

  //Samir,Editor.az