Hacıqabulda gənc tanıdığı şəxslər tərəfindən bıçaqlanıbbackend

Hacıqabulda gənc tanıdığı şəxslər tərəfindən bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Həmid Həmidov küçəsində qeydə alınıb. Həmin küçədə ev 116-da yaşayan 1995-ci il təvəllüdlü Əliyev Rafael Rüfət oğlu iki bıçaq xəsarəti alıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. R.Əliyevin dediyinə görə o, tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.