İran dronları terror vasitəsi kimi istifadə edilirbackend

İran dronları terror vasitəsi kimi istifadə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın istifadəsində olan İran istehsalı Şahed-136 pilotsuz təyyarələri müharibənin gedişatına ciddi təsir göstərə bilməyəcək.

Editor.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) ekspertlərinin hesabatında deyilir. Analitiklər qeyd ediblər ki, bu dronlar Ukraynanın istifadə etdiyi Amerikanın HIMARS sistemləri qədər effektli deyil. belə ki, ruslar döyüş meydanının yaxınlığındakı asimmetrik qovşaqlara pilotsuz təyyarələr göndərmirlər.

Onlardan əsasən arxa bölgələrdə mülki hədəfləri vurmaq üçün istifadə edir, bir növ “dron terroru” vasitəsilə ilə qeyri-xətti effekt yaratmağa ümid bəsləyirlər.

  //Samir,Editor.az