İran Xarici İşlər Nazirliyi Livan ilə İsrail arasında əldə olunan atəşkəsi məmnunluqla qarşıladığını bəyan edib və bunun Tehran ilə Vaşinqton arasında əldə olunan atəşkəs razılaşmasının bir hissəsi olduğunu vurğulayıb.
Editor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Livanda əldə olunan atəşkəsi alqışlayıb və Livandakı müharibənin başa çatmasının İran ilə ABŞ arasında razılaşdırılmış atəşkəs anlaşmasının tərkib hissəsi olduğunu xatırladıb.
Nazirlik rəsmisi regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini də vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

