İrəliləyiş yoxdur: ISW Rusiya ordusunun yeni hücumunun niyə uğursuzluğa məhkum olduğunu AÇIQLADIbackend

İrəliləyiş yoxdur: ISW Rusiya ordusunun yeni hücumunun niyə uğursuzluğa məhkum olduğunu AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı müharibəsi rəsmi Moskvanın şərqdə yeni hücum üçün lazım olan texnikasını və canlı qüvvəsini böyük dərəcədə tükəndirdi. Düşmənin qısa müddətdə itirdiyi zirehli texnikanı geri qaytara bilməməsi döyüş əməliyyatlarında manevr imkanlarını daha da məhdudlaşdırır.

Editor.az Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitiklərinin yeni hesabatına əsasən bildirir ki, Ukrayna əsgərlərinin Qərb texnologiyasının dəstəyi ilə uğurlu əks-hücum etmək şansı daha yüksəkdir. Rusların effektiv hücum edə bilməməsi daha əvvəl Britaniyanın müdafiə naziri Ben Uolles tərəfindən təsdiqlənmişdi. Nazir ölkəsinin kəşfiyyatına istinad edərək qeyd edib ki, “Rusiya Federasiyasının birləşmiş qüvvələri böyük hücumda irəliləyiş əldə etmək üçün cəmləşməyib”. Onun sözlərinə görə, ruslar effektiv hücum əvəzinə Donbasda “böyük xərclər bahasına” irəliləməyə çalışırlar.

Eyni zamanda, ekspertlər britaniyalı nazirin Rusiya Federasiyasının genişmiqyaslı hücum üçün istifadə olunmamış döyüşə hazır ehtiyatlara malik olmaması ilə bağlı bəyanatı ilə razılaşıblar.

Norveç Kəşfiyyat Xidməti (NIS) qeyd edib ki, Rusiya hələ də çoxlu sayda atıcı silah, raket və tank istehsal etmək iqtidarındadır, lakin sənaye Qərb sanksiyalarının nəticələrini geri qaytarmaq üçün mübarizə aparır.

ISW hesab edir ki, Rusiya hərbi-sənaye kompleksi daha sürətli və irimiqyaslı tank istehsalına qayıda bilməyəcək. Ukrayna vaxtında Qərb tankları və zirehli texnikası alsa, Rusiya ordusu döyüş effektivliyini daha da itirəcək.

//Gülnarə Abasova, Editor.az