İsveçdən KRİTİK QƏRAR: 10 min ukraynalı üçün hərbçilər göndərilirbackend

İsveçdən KRİTİK QƏRAR: 10 min ukraynalı üçün hərbçilər göndərilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Publika.az xəbər verir ki, İsveçin baş naziri Maqdalena Andersson və müdafiə naziri Peter Hultqvist Bodensidəki Norrbotten artilleriya alayına baş çəkərək, hökumətin minlərlə ukraynalı əsgərə təlim keçmək üçün Böyük Britaniyaya 120 hərbi təlimatçı göndərdiyini deyib.

Qərara əsasən, silahlı qüvvələr ibtidai hərbi təlimlərin keçirilməsi üçün Böyük Britaniyaya təlimatçılar göndərəcək və bu, əvvəllər bildirildiyi kimi, Ukraynanın 10 min vətəndaşını əhatə etməlidir.

“Rusiyanın bu müharibədə qalib gəlməməsi İsveç və xalqı üçün vacibdir”, – Andersson bildirib .

İsveç Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, Ukraynaya xarici dəstəyin əhəmiyyəti yüksək olaraq qalır və isveçli təlimatçılar onun müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verəcəklər.