Kadırov Avropanı işğalla hədələdibackend

Kadırov Avropanı işğalla hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib ki, çeçen bölmələri onun xalqlına qarşı cinayət qərarlarını dəyişməyə məcbur etmək üçün “cəsarətlə Avropaya getmək” imkanına malikdirlər.

Editor.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Belə ki, bu gün, avqustun 26-da Ukrayna təhlükəsizlik xidməti Kadırov və onun iki tabeliyində olan şəxsi hərbi cinayətlərdə şübhəli bildiyini açıqlayıb. Avqustun əvvəlində Çeçenistan rəhbəri bildirmişdi ki, Rusiya lideri Ukraynadakı xüsusi əməliyyat zamanı çeçen döyüşçülərinin hərbi xidmətlərini yüksək qiymətləndirib və onların LXR-in azad edilməsinə verdiyi töhfəni vurğulayıb.

“İndi bizim – çeçen bölmələrinin daha çox imkanı var və belə imkanlarla biz təhlükəsiz şəkildə Avropaya gedə bilərik ki, onları ilk növbədə xalqımız və dövlətimizə qarşı qəbul edilən qərarlarını dəyişməyə məcbur edək”, – Kadırov qeyd edib. Qeyd edək ki, bundan əvvəl Kadırov Putindən Ukraynadakı xüsusi əməliyyatı başa çatdırmaq və gecikdirməmək üçün ona yeni imkan verilməsini istəmişdi.

//Samir,Editor.az