Kadırov: Ukraynada yeni taktikaya keçdik, nəticə varbackend

Kadırov: Ukraynada yeni taktikaya keçdik, nəticə var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibədə çeçen hərbi birliklərinin “yeni taktika”sı artıq əla nəticələr verir.

Bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında qeyd edib.

O bildirib ki, yeni taktika nəticəsində ukraynalılar hər gün böyük itkilər verir:

“Ukraynanın çox öyündüyü Qərb silahları ona açıq qarşıdurmada heç bir üstünlük vermir”.

Qeyd edək ki, Kadırov 21 sentyabrda çeçen dəstələrinin “yeni taktika”ya keçdiyini demiş və bundan kimsənin qurtula bilməyəcəyini vurğulamışdı. Nəticədə Ukrayna ordusu Donetsk vilayətindəki mühüm əhəmiyyətə malik Liman şəhərini işğaldan azad etdi.

Kadırov isə Limandan rus qoşunlarının geri çəkilməsini tənqid edərək, taktiki nüvə silahından istifadəyə və Rusiyanın bəzi regionlarında hərbi vəziyyət elan etməyə çağırmışdı.

Axar.az