Kəmərə görə saxlanılan sürücü yol polisinə söyüşlə cavab verdi: “ Yalançının …”   – VİDEObackend

Kəmərə görə saxlanılan sürücü yol polisinə söyüşlə cavab verdi: “ Yalançının …” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yol polisi ilə sürücü arasında yaranmış insidenti əks etdirən video sosial şəbəkələrdə yayılıb.  “Opel” markalı, 99-OH-306 dövlət nömrə nişanlı avtomobil yol polisi əməkdaşları tərəfindən dayandırılıb. Buna səbəb sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi olub. Videodan da göründüyü kimi polis əməkdaşı sürücüyə yaxınlaşaraq özünü təqdim edib və törətdiyi qayda pozuntusu barədə məlumat verib. Bu zaman sürücü “kəməri taxmışam” iddiasıyla çıxış edərək, söyüş söyüb. Nəticədə yol polisi əməkdaşı intizamlı şəkildə sürücü ilə dialoq qurmaqla əraziyə Post Patrul Xidməti çağırıb. PPX əməkdaşları həmin sürücünü polis şöbəsinə aparıblar.

Qeyd edək ki, lentə alınan hadisə bir neçə ay öncə görüntülənib. Həmin görüntüləri təqdim edirik:

//avtosfer.az