Kiyev daimi təhdid altındadır, çünki…backend

Kiyev daimi təhdid altındadır, çünki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev vilayəti daim işğal təhlükəsi altındadır, çünki Belarus Rusiyanın müttəfiqidir.

Editor.az xəbər verir ki, bunu TSN.ua-ya müsahibəsində Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Aleksiy Kuleba deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu keçmiş səhvləri nəzərə alaraq, həm də müəyyən üstünlüklərə malik olmaqla istənilən ssenariyə hazırlaşır. VHA rəhbəri xatırladıb ki, fevralda 30 minlik Rusiya hərbçisi və çoxlu sayda texnikası Kiyev vilayətinə daxil olmuşdu.
“Biz başa düşməliyik ki, Kiyev vilayəti daim təhdid altındadır. Tam qələbəmizə qədər dinc yatmayacağıq! Biz o xalqla (beloruslarla-red.) qardaş deyilik, qonşuyuq. Bizim qonşumuz isə terrorçu ölkənin müttəfiqidir. Demək istəyirəm ki, Belarusla həmsərhəd ərazilər çox spesifikdir: Çernobıl Atom Elektrik Stansiyası var, yüksək radiasiya fonu var. Ona görə də bizim ordumuz səhvləri başa düşməklə və müəyyən üstünlüklərə sahib olmaqla bütün ssenarilərə hazırlaşır. Hucum edib etməmələrindən asılı olmayaraq biz həmişə buna hazır olmalıyıq. Bomba sığınacaqları tikməliyik, çünki bu təhlükə nə bir il, nə də iki il üçündür, bu, əbədidir”, – Kuleba bildirib.

Xatırladaq ki, Kiyev vilayəti aprelin əvvəlində rus işğalçılarından azad edilib. Azad edilmiş şəhər və kəndlərdə rus əsgərləri tərəfindən kütləvi qırğınlar, dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi qeydə alınıb. VHA-nın məlumatına görə, onlar burada 26 min obyektə ziyan vurub və ya məhv ediblər. Rəsmi olaraq 1300-dən çox insan Rusiya təcavüzündən həyatını itirib, 700 nəfərin güllələndiyi təsdiqlənib. Yeni halların müəyyənləşdirilməsi hələ də davam edir.

Editor.az