Kreml elə bir vəziyyət yaratmağa çalışır ki, rəsmi Bakı rus sülhməramlılarının çıxarılmasını TƏLƏB ETMƏSİNbackend

Kreml elə bir vəziyyət yaratmağa çalışır ki, rəsmi Bakı rus sülhməramlılarının çıxarılmasını TƏLƏB ETMƏSİN  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndi və ətraf bölgədə son vaxtlar baş verənlər birmənalı şəkildə təxribat xarakter daşıyır. Üstəlik, bu təxribatlar təsadüfən baş verən hadisələr deyil, əvvəlcədən ciddi şəkildə hazırlanmış planlı cinayətlərdir. Böyük ehtimalla bu təxribatlarla yaxın gələcəyə yönəlik geopolitik hədəflərin reallaşdırılması üçün şərait yaratmağa çalışırlar”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi analitikin sözlərinə görə Erməni təxribatlarının intensivliyini və ardıcıllığını nəzərə aldıqda bütün bunların Xankəndi və ətraf bölgədə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarla razılaşdırılaraq reallaşdırıldığını düşünmək olar:

“Hətta bəzi müşahidlərə əsasən erməni təxribatlarının məhz Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyi tərəfindən idarə olunduğunu da düşünmək olar. Çünki erməni terrorçular məhz rus sülhməramlıların nəzarəti altında Xankəndi və ətraf bölgədə səngərlər qazırlar. Yenə də erməni terrorçular “polis” geyimində rus sülhməramlılarla yanaşı Azərbaycanın yük maşınlarını yoxlayır. Nəhayət,  erməni terrorçular artıq o qədər arxayınlaşıblar ki, rus sülhməramlıların iştirakı olmadan Azərbaycanın yük maşınlarının qarşısını kəsərək geri qaytarmağa cəsarət edirlər. Halbuki, rus sülhməramlıların rəhbərliyindən cəmisi bircə kəlmə “yolu açın” əmri problemi həll etməyə kifayət ola bilərdi.
Ancaq belə anlaşılır ki, rus sülhməramlılar erməni terrorçuların Xankəndi və ətraf bölgədə analoji təxribatlar törətməsində birbaşa maraqlıdırlar. Böyük ehtimalla Kreml artıq bilir ki, rəsmi Bakı 2025-ci ildə rus sülhməramlıların Xankəndi və ətraf bölgədə qalması ilə bağlı müddəti uzatmaq niyyətində deyil. Yəni, rəsmi Bakının Kremldən Rusiya sülhməramlılarını Xankəndi və ətraf bölgədən çıxartmasını tələb edəcəyi qətiyyən istisna deyil”.

E. Xalidbəyli vurğulayıb ki, Kreml Xankəndi və ətraf bölgədə elə bir vəziyyət yaratmağa çalışır ki, rəsmi Bakı rus sülhməramlıların oradan çıxarılmasını tələb etməsin:

“Nəticədə Rusiya sülhməramlılar bölgədə qeyri-müəyyən müddətə qədər qala bilsinlər. Bu səbəbdən də, Rusiya Xankəndi və ətraf bölgədə erməni separatçıların mövqelərini möhkəmləndirməyə çalışır. Digər tərəfdən, Kreml Azərbaycanın ABŞ və NATO ilə Rusiya arasındakı hərbi-siyasi qarşıdurmada tutduğu mövqedən qətiyyən məmnun deyil. Çünki rəsmi Bakı bu qarşıdurmada tərəflərdən heç birisinin yanında yer almaq istəmir. Halbuki Kreml Azərbaycanı Rusiyanın yanında görmək istəyir. Eyni zamanda, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, bu ölkənin sərhədlərinin toxunulmazlığını qəbul edir. Bu isə Kremli qətiyyən qane etmir. Ona görə də, Kreml Xankəndi və ətraf bölgədə erməni separatçılarını fəallaşdırmaqla, Azərbaycana təzyiq göstərməyə çalışır. Bununla rəsmi Bakının Rusiyanın yanında yer almasına nail ola biləcəyinə ümid bəsləyir. Bununla belə, rəsmi Bakı ən uyğun zamanda Xankəndi və ətraf bölgədə erməni separatçılarına qarşı antiterror əməliyyatına başlamaqla, Rusiyanın bütün təzyiqlərini boşa çıxara bilər. Rəsmi Bakının Araik Arutyunuanın tezliklə həbs ediləcəyi ilə bağlı mesajı da böyük ehtimalla yaxın vaxtlarda ola biləcək antiterror əməliyyatlarının xəbərçisi sayıla bilər”.

//Gülnarə Abasova, Editor.az