Küveytdə parlament rəsmən buraxıldıbackend

Küveytdə parlament rəsmən buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveytin Vəliəhdi Şeyx Mişal Əl-Əhməd Əl-Cabir Əl-Sabah ölkə parlamentini rəsmən buraxıb. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, 2 ay ərzində ölkədə yeni parlament seçkiləri keçiriləcək. Vəliəhd bu qərarı ölkə parlamentində fikir ayrılıqlarının olması ilə əsaslandırıb. O, qeyd edib ki, ölkəni vahid məqsədlərdən ayıran, şəxsi maraqlara çıxış edən parlamentin buraxılması zəruridir.

Qeyd edək ki, Küveytin Vəliəhdi bu gün and içərək 12 nəfərlik höküməti təsdiq edib.

//Nəzərbəy Hacıağayev, Editor.az