La Repubblica: İtaliya Ukraynaya 5 döyüş təyyarəsi göndərə bilərbackend

La Repubblica: İtaliya Ukraynaya 5 döyüş təyyarəsi göndərə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya Ukraynaya “Tornado” və “Amx” tipli 5 döyüş təyyarəsi göndərəcək.

Editor.az xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb. Məlumata görə, İtaliyanın Ukraynaya döyüş təyyarələrini vermək üçün yalnız bir şərti var. O da bunu edən ilk ölkə olmamasıdır.

Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bəyan etmişdi ki, hər hansı bir ölkənin Ukraynaya qırıcı təyyarələr verməsi uzun zaman alacaq və bu məsələdə səmimi olmaq lazımdır.

Almaniya və ABŞ da Ukraynaya döyüş təyyarələri verməkdən imtina edir. Bununla belə, Ağ Ev digər ölkələrin Ukraynaya qırıcı təyyarələr verməsini alqışlayacaqlarını bildirib.

//Gülnarə Abasova, Editor.az