Məktəbi partlatdılar: azı 35 ölübackend

Məktəbi partlatdılar: azı 35 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kabildə bir təhsil mərkəzində kamikadze hücumu nəticəsində əksəriyyəti qızlar olmaqla azı 35 nəfər həlak olub. Editor.az-ın bildirdiyinə görə, bu barədə “AFR” məlumat yayıb.

Agentliyin yerli hakimiyyət orqanlarına istinadən verdiyi həmin məlumata görə, ölkənin qərbdəki Daşt-e-Bərçi rayonunda həm qızların, həm də gənclərin təhsil aldığı Kaaj təhsil mərkəzində kamikadze özünü partladıb. Bu ərazidə əsasən həzaralar – türk və monqol mənşəli, İslamın şiə təriqətinin daşıyıcıları olan insanlar məskunlaşıb.

Keçmişdə Taliban tərəfindən bidətçi hesab edilən həzaraların məskunlaşdığı bu ərazilər artıq hücumların hədəfinə çevrilib. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

  //Samir,Editor.az