Mixail Xodorkovski: Rusiyada hərbi xuntanın hakimiyyətə gətirilməsinə hazırlıq gedirbackend

Mixail Xodorkovski: Rusiyada hərbi xuntanın hakimiyyətə gətirilməsinə hazırlıq gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hərbi-siyasi rəhbərliyində qəribə dəyişikliklər baş verir. “Vaqnerçilər”in başçısı Yevgeni Priqojin və Çeçenistan rəhbəri Ramzan Kadırov müdafiə naziri Sergey Şoyqunu vəzifəsindən uzaqlaşdırmağa çalışırlar. Bu zaman Şoyqunun varisi Putinin varisi ola bilər.

Editor.az xəbər verir ki, bunu Yuliya Latınina müsahibəsində rusiyalı müxalif siyasətçi Mixail Xodorkovski deyib. Onun sözlərinə görə, Priqojin çoxdan Rusiya Müdafiə Nazirliyinin maliyyə axınlarına nəzarət etmək və Şoyqunu bura “qatmaq” istəyir. Putinin gözü qarşısında Kadırov, Priqojin, Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin direktoru Viktor Zolotov və “Rossiya” bankının səhmdarı Yuri Kovalçukdan ibarət alyans yaradılır.

Yəni Rusiyada hakimiyyətə hərbi xuntanın gəlməsi mümkündür. “Hərbi xuntanın – bir qrup dostların, yoldaşların nə vaxtsa hakimiyyətə gələ biləcəyi faktı tamamilə realdır. Lakin onlar hakimiyyəti uzun müddət saxlaya bilməyəcəklər. Ümumiyyətlə, xoş gəlmisiniz” deməkdən başqa söz yoxdur, – Xodorkovski bildirib.

  //Samir,Editor.az