Moskva qaynayır: hərbi hissələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilibbackend

Moskva qaynayır: hərbi hissələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının paytaxtı bu gün çox narahatdır.

Çox sayda hərbçilərini həbsi ilə bağlı məlumatlar yayılıb. Editor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb. “Rusiya paytaxtında hərbçilərə qarşı kompleks “tədbirlər”ə başlanılıb. Mərkəzdə nəqliyyatın hərəkəti dayandırılıb.

Milli Qvardiyanın “elita”sı olan Dzerjinski adına operativ əməliyyat diviziyasının bölmələri şəhərə daxil olub”, – məlumatda deyilir. Milli Qvardiya polis bölmələri ilə birlikdə mərkəzə doğru irəlilədiyi bildirilir.Çox sayda hərbçinin həbsi, saxlanılması və blokadaya salınması halları baş verib. Moskva boyu bütün hərbi hissələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, – Kəşfiyyat Baş İdarəsinin məlumatında xəbər verilir.

  //Samir,Editor.az