Müdir fabrikində işləyən menecerini bu hala saldı – ANBAAN VİDEObackend

Müdir fabrikində işləyən menecerini bu hala saldı – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda qida məhsulları istehsal edən şirkətin sahibi öz fabrikində çalışan qadın menecerin üzərinə yanğınsöndürən balonla təzyiqli su çiləyib.

Yaş döşəmədə sürüşüb maşına dəyən fabrik müdiri təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisə İstanbulun Arnavutköy qəsəbəsində qida məhsulları istehsal edən fabrikdə baş verib.

İddiaya görə, fabrik müdiri işləyən qida mühəndisi Tülay Arslan Torun iyulun 25-də müdiri Mehmet G. tərəfindən şifahi və fiziki zorakılığa məruz qalıb. Təmizliyi bəyənməyən şirkət sahibi qapılara təpik vuraraq onu təhqir edib, daha sonra yanğınsöndürən balonla menecer Arslanın üzərinə təzyiqli su çiləyib. Suyun təsirindən yerə yıxılan mühəndis Arslanın başı dəzgahın üzərinə dəyib.

Komanda yoldaşlarının xəbəri üzərinə hadisə yerinə gələn təcili yardım fabrik müdirini xəstəxanaya aparıb.

Sözügedən hadisənin görüntüləri təhlükəsilik kameraları tərəfindən qeydə alınıb.

Musavat.com