Nazir: “Azərbaycan və Almaniya 10 sənəd üzərində iş aparırlar”backend

Nazir: “Azərbaycan və Almaniya 10 sənəd üzərində iş aparırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bugünə qədər ölkələrimiz arasında 80 müxtəlif sənəd imzalanıb və qüvvədədir. 10 sənəd üzrə isə hazırda işlər aparılır”.

Editor.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, 2026-ci ilin ilk 9 ayında ticarət həcmi 1 milyard ABŞ dollar həcmində olub:

“Azərbaycanda 210 alman şirkəti aktiv fəaliyyət göstərir. Almaniyanın Azərbaycana qoyduğu investisiya 950 milyon ABŞ dollarına yaxındır”.