Nigeriyada 11 min qaçqın evinə geri dönübbackend

Nigeriyada 11 min qaçqın evinə geri dönüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Nigeriyanın Borno əyalətini tərk edən 11 min qaçqın yenidən öz doğma ev-eşiyinə geri qayıdıb. Editor.az “Haberler.com” a istinadən xəbər verir ki, bu barədə məlumatı əyalətin rəhbəri Babaqana Zulm verib. Onun sözlərinə görə, qaçqınların geri dönməsi ilə əlaqədar olaraq onlar üçün yaradılmış 4 qaçqın düşərgəsi bağlanılıb. Borno sakinlərinin qaçqın düşməsinə səbəb isə əyalətə “Boko Haram” terror təşkilatının hücum etməsi olub.

Qeyd edək ki, Afrikanın ən böyük ölkəsi olan Nigeriya 2000-ci ildən “Boko Haram” terror təşkilatı ilə mübarizə aparır. Terrorçu qruplaşma 2009-dan bu yana isə 20 mindən çox insanı qətlə yetirib.

Terror qruplaşması 2015-ci ildən Nigeriyanın qonşuları ÇAD, Nijer, və Kamerunda da terror aktları törədib. Təşkilatın ÇAD qolu iki mindən çox insanın ölümünə səbəb olub. Ölkədə minlərlə insan bu qruplaşmaya görə qaçqın vəziyyətinə düşüb.

//Nəzərbəy Hacıağayev, Editor.az