Oğuzda 16 yaşlı qızı qaçırdılarbackend

Oğuzda 16 yaşlı qızı qaçırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuzda 3 nəfər oğlan 16 yaşlı qızı qaçırıb.

Onların Oğuz rayonuna gedərək yeniyetmə qızı məcburi şəkildə avtomobilə mindirərək ərazidən uzaqlaşdığı müəyyən olunub.

Qızı qaçırmaqda şübhəli bilinən şəxslər – Şəmkir sakini – Hüseyn Məhərrəmov, Samir Quliyev və Yaqub Musayev tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məsələ ilə bağlı bildirib ki, qızı qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.