Oğuzda dağlıq ərazidə yanğın başlayıbbackend

Oğuzda dağlıq ərazidə yanğın başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun şimal hissəsində yüksək dağlıq ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğın davam edir.