Pelosi Tayvan Parlamentinə müraciət edir: “Siz dünyanın ən azad cəmiyyətlərindən birinə sahibsiniz”backend

Pelosi Tayvan Parlamentinə müraciət edir: “Siz dünyanın ən azad cəmiyyətlərindən birinə sahibsiniz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin etiraz və təhdidlərinə baxmayaraq Tayvana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi ölkə parlamentində çıxış edərək Tayvanın dünyanın ən azad cəmiyyətlərindən biri olduğunu deyib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Pelosi Vaşinqtonda müzakirə edilən yeni qanun layihəsinin ABŞ-ın çip sənayesini Çinlə rəqabət edə bilməsini hədəflədiyini deyib. O, həmçinin bildirib ki, bu, ABŞ və Tayvan arasında iqtisadi əməkdaşlıq üçün imkanlar yaradır. Pelosi deyib ki, onlar Tayvana dostluq və regiona sabitlik gətirmək üçün gəliblər. Pelosi bu gün Tayvan prezidenti Tsai In-wen ilə də görüşüb, Vaşinqtonun adada demokratik yolla seçilmiş hökumətə dəstəyini nümayiş etdirib.

Paytaxt Taybeydə keçirilən görüşdən sonra açıqlamalar verən Pelosi ABŞ-ın Çinin təzyiqi qarşısında Tayvanı tərk etməyəcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az