Ponomoryov axtarışa verildibackend

Ponomoryov axtarışa verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəllər qiyabi həbs cəzası almış Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev cinayət maddəsi ilə yenidən axtarışa verilib.

Editor.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb. “Ponomarev İlya Vladimiroviç, 6 avqust 1975-ci ildə Moskvada anadan olub. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə axtarışdadır”, – məlumatda deyilir. Keçmiş deputat “Skolkovo Fondu”nun vəsaitlərini mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, Ponomarev Dövlət Dumasının Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verən yeganə deputat olub. Bundan sonra 2014-cü ilin iyununda ölkəni tərk edərək ABŞ-a köçüb və 2016-cı ildə ona Ukraynada müvəqqəti yaşamaq icazəsi verilib. Üç ildən sonra o, Ukrayna vətəndaşlığını alıb.

  //Samir,Editor.az