Praqa görüşü Azərbaycana nə vəd verir?- AÇIQLAMAbackend

Praqa görüşü Azərbaycana nə vəd verir?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Siyasi Birliyi ideyası ilk dəfə 2022-ci ilin mayında Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürüldü. Bu ideyanın əsas məqsədi Rusiya-Ukrayna müharibəsi və ümumiyyətlə, regionda qalxmış yeni geosiyasi reallıqlar və çağırışlar fonunda Avropa ilə qonşu olan dövlətlər arasında siyasi dialoq və əməkdaşlığın gücləndiriməsidir. Bu yol ilə Avropanın təhlükəsizliyinə, tərəqqisinə nail olmağa çalışırlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib.

Onun fikirlərinə görə, Fransa prezidentinin irəli sürdüyü ideya bir müddət sonra Avropa İttifaqının Zirvə Görüşündə layihə kimi təqdim edilib və bu sammitdə bəyənilib :

“Bir neçə həftə əvvəl məlum oldu ki, Avropa Siyasi Birliyinin ilk yığıncağı da məhz oktyabrın 6-sı Praqada şəhərində baş tutacaq. Bununla bağlı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Çexiya rəhbərliyi müvafiq ölkələrə dəvətnamə göndəriblər. İlkin layihə irəli sürüləndə Avropa İttifaqının üzvləri, o cümlədən Avropa Birliyi ilə azad ticarət əlaqəsi olan ölkələrin və Balkan dövlətlərinin bu platformada iştirakı nəzərdə tutulub. İlk iclasda görürük ki,  Qafqaz ölkələri Azərbaycan, Gürcüstan, Ukrayna, Maldova da dəvət olunanlar siyahısındadır. Bu onu deməyə dəlalət verir ki, Avropa Siyasi Birliyi daha geniş əhatə dairəsinə malik olacaq. Aydındır ki, Rusiya-Ukrayna müharibəsinə görə bölgəyə təhdidlər yaranıb. Bu təhdidlərə qarşı həm Avropa Birliyi dövlətləri, həm də qonşu ölkələrdə vahid koordinasiya yaradılması birliyin əsas məqsədidir. Layihə irəli sürüləndə bir çox fikirlər səsləndi ki, əsas məqsəd üzv olan ölkələrin vaxtını uzatmaqdır. Amma burada əsasən siyasi və təhlükəsizlik məsələləri müzakirə olunacaq”.

Politoloqun fikrincə, baş verənlərdə Avropanın gizli maraqları da var:

“Rusiya-Ukrayna müharibəsində Rusiyanın nüfuzu kifayət qədər aşağı düşüb. Buna görə də bölgədə güc vakumu yaranıb və Avropa Birliyi bunu doldurmaq istəyir. Avropa Birliyi qonşu ölkələr üzərində geosiyasi məsuliyyəti dərk edərək Rusiyanın zəifləməsi fonunda bu vakumu doldurmaq və bölgədə daha fəal olmaq istəyir. Azərbaycanın həmin platformada iştirakı gözlənilən idi. Çünki o yeni reallıq yaratmış ölkədir. Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində deyil, sosial, siyasi sabitliyində də önəmli rol oynayan dövlətlərdən biridir və digər ölkələrlə əlaqələrini genişləndirməsinə də təkan verən amildir. Azərbaycana ermənilərin gərçək üzünü, son təxribatlarını dünyaya göstərməyə geniş fürsət yaradır”.
//Safura Bənnayeva, Editor.az