Protein tozu içən gənc oğlan İFLİC QALDIbackend

Protein tozu içən gənc oğlan İFLİC QALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Adana şəhərində 19 yaşlı Hüseyin Ömer Uğurludoğan adlı gəncin başına iş gəlib.  

Editor.az Türkiyə KİV-ə  istinadən bildirir ki, gənc oğlan getdiyi idman zallarının birində davamlı olaraq  protein tozu qəbul edirmiş. Bundan sonra Hüseyn səhhətində  problemlərin yarandığını  görüb.  O,  həkimə  müraciət  edəndə artıq hər şeyin gec olduğunu  öyrənib.

Belə  ki, nənəsi ilə birlikdə yaşayan Hüseyn iflic olub. Günü-gündən vəziyyəti  ağırlaşan gənc oğlanın nənəsi isə idman zalını günahlandırıb. O, bununla yanaşı polisə şikayət  edərək,  idman zalllarında protein tozu verərək,  gəncləri  məhv etdiklərini  dilə gətirib.

//Editor.az