Putin razılaşdı: MAQATE ekspertləri Zaparojye AES-ə gələcəkbackend

Putin razılaşdı: MAQATE ekspertləri Zaparojye AES-ə gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron avqustun 19-da Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Zaporojye atom elektrik stansiyasının ətrafında baş verənlərdən narahatlığını bildirib.

Editor.az xəbər verir ki, bu barədə Yelisey sarayının saytı məlumat yayıb.
“Fransa Respublikasının Prezidenti Zaporojye AES-də vəziyyətin nüvə təhlükəsizliyi üçün yaratdığı risklərdən narahatlığını bir daha bəyan edib və MAQATE ekspertlərinin Ukrayna və BMT ilə razılaşdırılmış şərtlərlə missiya yerinə mümkün qədər tez göndərilməsinin vacib olduğunu söyləyib”, – mesajda deyilir.
Yelisey Sarayı Putinin bu missiyanın göstərilən şərtlər daxilində Zaparojye AES-ə gəlməsinə razılıq verdiyini bildirib.

“İki prezident yaxın günlərdə texniki qruplar arasında müzakirələrdən sonra və missiyanın yerləşdirilməsindən əvvəl bu mövzuda bir daha danışacaqlar”, – Makronun mətbuat xidməti xəbər verib.

//Samir Editor.az