Putin və Zelenski Balidə görüşə bilərlər?backend

Putin və Zelenski Balidə görüşə bilərlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski G20 sammitində iştiraka razılıq veriblər.

Editor.az bildirir ki, bu barədə oktyabrın 7-də İndoneziyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Husin Bagis məlumat verib. Bağış “National” nəşrinə müsahibəsində Rusiya və Ukrayna prezidentlərinin noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammiti üçün onlara göndərilən dəvətlərə cavabla bağlı sualı cavablandırarkən deyib: “Onlar razılaşdılar. Bundan əvvəl Amerika Birləşmiş Ştatlarının rəsmilərinin İndoneziyanı Rusiya lideri Vladimir Putini G20 sammitinə buraxmamağa inandırmağa çalışdığı bildirilirdi.

Daha sonra Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskinin İndoneziyada keçiriləcək G20 sammitinə dəvət olunduğu barədə məlumatlar yayılmışdı. Kreml Putinin G20 sammitində iştirakını təsdiqləyib. İndoneziya prezident administrasiyası isə G20 sammitində bütün iştirakçıların üzbəüz iştirakına hazırlaşdıqlarını açıqlayıb.

  //Samir,Editor.az