Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”backend

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin yenidən diqqətçəkən açıqlamalar verib.

Putin bəyan edib ki, ölkəsi nüvə tərksilahı və strateji sabitlik üzrə dialoqa hazırdır.

“Rusiya nüvə tərksilahı və strateji sabitlik üçün dialoqa hazırdır”, – deyə Putin “dialoq” mesajını verib.

Putin, doğma şəhəri olan Sankt-Peterburqda etdiyi çıxışda bunları deyib: “Rusiya strateji sabitliyi təmin etmək, kütləvi qırğınların yayılmasının qarşısını almaq və silahlara nəzarət sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün dialoqa hazırdır”.

Bu istiqamətdə diqqətli ortaq iş tələb edəcəyini bildirən Putin, Donbassda baş verənlərin” təkrarlanmasının qarşısını almağı hədəfləyəcəklərini də bildirib.

Rusiya Müdafiə Nazirliyi Ukrayna və Çernobıl AES ətrafındakı son durum  barədə - 09.03.2022, Sputnik Azərbaycan

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyindən də mühüm açıqlamalar gəlib. Rusiya Ukrayna işğalının ilk günlərində nəzarət altına aldığı İlan adasından çəkildiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi bunun “xoşməramlı” addım olduğunu bəyan edib.

Bəyanatda qeyd olunub ki, Rusiya bu addımı ilə Ukraynada taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz açılması səylərinə mane olmağa çalışmadığını göstərib.

Medianews.az