Putindən şok həmlə: Almaniyanın bu addımı atacağı gözlənilirbackend

Putindən şok həmlə: Almaniyanın bu addımı atacağı gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya qışda digər ölkələrə, o cümlədən Fransaya elektrik enerjisi ixracını müvəqqəti olaraq dayandırmalı ola bilər.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniyanın aparıcı şəbəkə operatoru “Amprion”un direktoru Hendrik Neumanna məlumat verib. Məlumata görə, bu tədbir Almaniyada elektrik enerjisinin kəsilməsinin qarşısını almaq üçün “son çarə” kimi həyata keçirilə bilər.
Neumann enerji ixracının günlərlə deyil, bir neçə saatlıq dayandırılacağını söyləyib: “Bu, gələn qış üçün olduqca çətin bir vəziyyətdir. Digər problemlərə Fransadakı atom elektrik stansiyalarının təxminən yarısının bağlanması və suyun aşağı səviyyədə olması səbəbindən paylama problemləri, kömür çatışmazlığı daxildir “.

Qeyd edək ki, Fransa və Avstriya Almaniyanın əsas enerji alıcılarıdır. Fransa bu ilin yanvar-mart dövründə Almaniyadan 6000 GWh elektrik enerjisi idxal edib. Bu, Almaniyanın həmin dövrdə ümumi elektrik enerjisi istehsalının 5 faizini təşkil edir. Hesabatda bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çox olduğu bildirilir.

//Safura Bənnayeva, Editor.az