Qazaxda yetkin yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb – FOTObackend

Qazaxda yetkin yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxda yetkin yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Editor.az-ın yerli bürosuna verdiyi məlumata görə, Qazax rayon Polis Şöbəsinə rayonun Kosalar kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb. Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.