“Qazaxıstan Rusiyaya hərbi yardım edir” – Jdanovdan şok iddiabackend

“Qazaxıstan Rusiyaya hərbi yardım edir” – Jdanovdan şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstandan hərbi texnika eşelonları Rusiyaya ötürülür. Bunların Çin texnikaları olduğu da istisna deyil.

Bunu ukraynalı hərbi ekspert, polkovnik Oleq Jdanov deyib.

“Çində çoxlu sovet texnikası var. 2017-ci ilə qədər Çin ordusunda belə texnikalar çox idi. Qazaxıstan isə Çinin peyki və təsir dairəsidir. Tamamilə mümkündür ki, Putin Şanxay sammitində Si Cinpinlə hərbi-texniki məsələni müzakirə edib”, – ekspert vurğulayıb.

Jdanov əlavə edib ki, Qazaxıstandan Rusiyaya daşınan texnikalarla bağlı iki versiya var:

“Ya Çin Qazaxıstan vasitəsilə Rusiyaya hərbi yardım göndərir, ya da Qazaxıstan Rusiyayay özünün köhnə sovet ehtiyatlarından texnikalar verir”.

 

Bundan əvvəl Ukrayna mətbuatı iddia edib ki, Qazaxıstan Rusiya ilə müharibədən ehtiyat edərək ona kömək edir.

Almaniyanın “Die Welt” nəşri isə bildirib ki, Qazaxıstan və Gürcüstan Rusiyanın növbəti qurbanları olacağından qorxur.

Teleqraf