Qırğısıtsanda 89 nəfər zəhərlənibbackend

Qırğısıtsanda 89 nəfər zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın Batken bölgəsində 89 nəfər qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, zəhərlənənlər ürəybulantı və yüksək hərarət simptomları ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin bir gün əvvəl 250 nəfərin iştirakı ilə keçirilən toyda olduğu təsbit edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb və “Almaz” restoranı müvəqqəti olaraq bağlanılıb.

//Nəzərbəy Hacıağayev, Editor.az