Quterreş atom bombası qurbanlarının xatirəsini yad etmək üçün Yaponiyaya səfər edəcəkbackend

Quterreş atom bombası qurbanlarının xatirəsini yad etmək üçün Yaponiyaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş avqustun 4-də Yaponiyaya səfər edəcək.

Editor.az xəbər verir ki, BMT baş katibinin sözçüsü tərəfindən verilən açıqlamada Antonio Quterreşin hər il avqustun 6-da Xirosimada keçirilən anma mərasimində iştirak etmək üçün cümə axşamı Yaponiyaya gedəcəyi bildirilib. Qeyd olunub ki, Quterreş Xirosimada keçiriləcək mərasimdə dünya liderlərini nüvə silahı ehtiyatlarını təcili şəkildə ləğv etməyə çağıracaq. Səfər zamanı baş katibin Yaponiyanın yüksək rütbəli rəsmiləri, Xirosima və Naqasakidəki atom bombalarından sağ çıxmış bir qrup şəxs və nüvə tərksilahına dair beynəlxalq təşəbbüslərə rəhbərlik edən gənc fəallarla görüşəcəyi planlaşdırılır.

//Gülnarə Abasova, Editor.az