Reanimasiyaya yerləşdirilən bloqer Asyanın vəziyyəti ağırlaşdı – FOTObackend

Reanimasiyaya yerləşdirilən bloqer Asyanın vəziyyəti ağırlaşdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloqer Asya Aslanovanın son vəziyyəti açıqlanıb.

Bu barədə onun dostu bloqer Ramal İsayev məlumat yayıb.

O bildirib ki, Asyanın vəziyyəti yenidən pisləşib və o, süni-tənəffüs aparatına qoşulub.

“Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar”.

Xatırladaq ki, dekabrın 16-da bloqer Asya Aslanova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bloqerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o, ağıl dişini çəkdirərkən narkozun təsiri altında olub və qanına infeksiya keçib.