ABŞ prezidenti Donald Trump Polşaya əlavə olaraq 5 min amerikalı hərbçinin göndəriləcəyini bəyan edib.
Editor.az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.
Tramp bildirib ki, qərar Polşada hazırkı prezident Karol Nawrockinin uğurlu seçkisindən sonra qəbul olunub. ABŞ lideri Navrotskini dəstəkləməkdən qürur duyduğunu vurğulayıb və əlavə edib ki, hərbi qüvvələrin göndərilməsi iki tərəf arasındakı münasibətlərlə bağlıdır.
Bundan əvvəl “The Wall Street Journal” qəzeti ABŞ-ın Polşaya zirehli briqadanın göndərilməsini dayandırmaq qərarı verdiyini yazmışdı. Məlumata görə, bu addım Vaşinqtonun Avropadakı hərbi mövcudluğunu azaltmaq planının bir hissəsi kimi qiymətləndirilirdi. ABŞ ordusundakı bəzi rəsmilərin isə artıq başlanmış əməliyyatın ləğvindən təəccübləndiyi qeyd olunurdu.
ABŞ-ın vitse-prezidenti JD Vance isə sonradan açıqlamasında Polşadakı Amerika kontingentinin azaldılmadığını, yalnız hərbçilərin göndərilməsinin təxirə salındığını bildirib. Onun sözlərinə görə, Polşa ABŞ-ın ciddi dəstəyi ilə öz təhlükəsizliyini təmin etmək imkanına malikdir.
//Gülnarə Abasova, Editor.az


