ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampın SEPAH-la əlaqəli şəxs tərəfindən sui-qəsd hədəfi seçildiyi bildirilir.
“New York Times” nəşrinin yaydığı məlumata görə, Türkiyədə saxlanıldıqdan sonra ABŞ-yə ekstradisiya edilən 32 yaşlı iraq vətəndaşı Məhəmməd Baqer Saad Daud Əl-Saadi istintaqa ifadəsində İvanka Trampı öldürəcəyinə dair vəd verdiyini etiraf edib.
Bildirilir ki, onun üzərindən İvanka Trampın Floridadakı evinin sxemləri də aşkarlanıb.
Nəşrin məlumatına əsasən, həmin şəxs İran generalı Qasım Süleymaninin altı il əvvəl Bağdadda ABŞ dron zərbəsi nəticəsində öldürülməsinə cavab olaraq Donald Trampın ailəsini izləyib və onlara qarşı plan hazırlayıb.
Musavat.com


