Rusiyada şəhər meri vəfat etdibackend

Rusiyada şəhər meri vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Nalçik şəhərinin meri Taymuraz Axoxov vəfat edib.

Oxu.Az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kabarda-Balkar rəhbərliyinin administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, T.Axoxov 55 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Axoxov paytaxt meriyasına səkkiz il rəhbərlik edib. O, 2018-ci il aprelin 2-də Nalçik şəhər administrasiyasının rəhbəri vəzifəsinin icraçısı təyin edilib, həmin ilin iyunun 8-də isə bu vəzifəyə təsdiqlənib.