İran və ABŞ arasında əldə olunan ilkin anlaşmanın şərtləri ilə bağlı yeni detallar yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
“Əldə olunan ilkin razılaşma çərçivəsində İrana qarşı dəniz blokadası ilə əlaqəli tədbirlərin və Hörmüz boğazı üzrə nəzərdə tutulan prosedurların həyata keçirilməsi üçün 30 günlük müddət müəyyən ediləcək.
Bu zaman çərçivəsi tərəflərin razılaşdırdığı öhdəliklərin mərhələli şəkildə icrasına xidmət etməlidir.
Razılaşmanın digər mexanizmləri və tətbiq detalları barədə əlavə məlumat verilməyib”, – deyə qeyd edilib.


