Rumıniyada NATO üçün hərbi baza tikilir. Bazanın tikintisi 2,5 milyard avro dəyərində qiymətləndirilir.
O, Avropada ən böyüyü olacaq və 10 min hərbçi üçün nəzərdə tutulacaq.
Editor.az xəbər verir ki, bu barədə “Euronews” yazıb.
Sahəsi 2,8 min hektar olan baza Qara dənizdəki Rumıniya limanının yerləşdiyi Konstansa rayonunda yerləşəcək. Onun infrastrukturu NATO-nun artıq mövcud olan “Mihail Kogalniceanu” aviabazasının bazasında qurulacaq. Yeni bazada uçuş-enmə zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, həmçinin məktəblər, uşaq bağçaları, mağazalar və xəstəxanalar yerləşəcək.
Rumıniyalı ekspert Dorin Popesku bazanın tikintisi ilə bağlı qərarın Ukraynada uzunmüddətli adlandırdığı hərbi münaqişə fonunda verildiyini iddia edir. Hazırda Mixail Koqalniçeanu aviabazasında 5 minə yaxın hərbi qulluqçu yerləşdirilib, onların əksəriyyəti amerikalılardır.
Xatırladaq ki, martın əvvəlində Albaniyada NATO-nun Qərbi Balkanlarda ilk bazası açılıb.
//Samir Qurbanov, Editor.az