Türk xanımın azərbaycanlı taksi sürücüsü barədə dedikləri VİRAL OLDU-VİDEObackend

Türk xanımın azərbaycanlı taksi sürücüsü barədə dedikləri VİRAL OLDU-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk xanımın azərbaycanlı taksi sürücüsü ilə bağlı paylaşdığı xatirə sosial şəbəkələrdə böyük maraq doğurub.

Səmimi dialoq və sürücünün dediyi təsirli sözlər qısa zamanda viral olub.

Türkiyəli qadın paylaşımında bildirib ki, həyatında heç vaxt unutmayacağı söhbətlərdən birini məhz azərbaycanlı taksi sürücüsü ilə yaşayıb. Onun sözlərinə görə, taksiyə mindikdən sonra aralarında adi söhbət başlayıb, daha sonra mövzu Türkiyədə baş verən dağıdıcı zəlzələyə gəlib çıxıb.

Qadın həmin dövrdə İstanbulda olduğunu və faciəni yalnız televizordan izləyə bildiklərini deyib. Sürücü isə zəlzələdən sonra Antakyada yardım qrupunda olduğunu və orada yaşadıqlarını danışıb.

Türkiyəli xanım xüsusilə sürücünün sözlərindən təsirləndiyini vurğulayıb:

“Antakya mənim məmləkətimdir. Onun danışdıqlarını dinlədim və söhbətin sonunda təşəkkür etdim. Mənə verdiyi cavab isə çox təsir etdi. Dedi ki, ‘Qardaşın qardaşa təşəkkür borcu yoxdur’. Bu sözləri həyatım boyu unutmayacağam. Sizinlə də paylaşmaq istədim”.

Paylaşım qısa müddətdə bəyəniliçox sayda bəyənmə və şərh alıb. Bir çox sosial media istifadəçisi Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin bu cür hadisələrdə daha aydın hiss olunduğunu qeyd edib./Milli.Az